Instagram story viewer> @philharmonichall_az> Tagged
76.2K
followers
1
following
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası
POSTS STORIES REELS TAGGED
🎼 Unudulmaz bəstəkarlarımızın əziz xatirəsinə…

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qəmbər Hüseynli və Zakir Bağırovun 110 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert gecəsindən geriyə qalan ecazkar anları təqdim edirik! ✨

Gəlin musiqinin və milli irsimizin seyrinə dalacağınız bu musiqi bayramından ən özəl anları birlikdə yaşayaq. 🎥🎻🎶

🎬Video: @sh_aytac06 

🎵 Musiqi: Şövkət Ələkbərova-Söz olmasaydı

🎨Sənət və 💖 sevgi ilə qalın.
16
Bayati-Shiraz 🎙️ | Mor ve Ötesi Concert Backstage 📍 Istanbul, Yıldız Arena
#backstage #istanbul🇹🇷 #bayatisiraz #kesfet 
📷- @pagvision
50
Azərbaycan Dövlət Rəqs Ansamblının Sabirabadda qastrol konserti keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin aparıcı bədii kollektivlərinin iştirakı ilə həyata keçirilən genişmiqyaslı mədəni qastrol proqramı davam edir.
Layihə çərçivəsində oktyabrın 14-də Sabirabad rayon Mədəniyyət Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Rəqs Ansamblının qastrol konserti keçirilib.
Konsert proqramı Vasif Adıgözəlovun “Mənim Azərbaycanım” süitası ilə başlanıb. Daha sonra ansamblın ifasında Emin Sabitoğlunun “Ağ çiçəyim” əsəri, həmçinin “Qavalla rəqs”, “Nağara”, “Toy”, “Qazağı”, “Şəli”, “Naz eləmə”, “Tərəkəmə”, “Uzundərə”, “Çayçı”, “Qaytağı” milli rəqslərimiz və “Yaylıq” xalq mahnısı təqdim olunub.
Milli rəqs sənəti nümunələrinin yüksək peşəkarlıqla təqdimatı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 
Qeyd edək ki, mədəni qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdən biri olan mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

#Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət
10
back to up